17 Avqust 2025, 10:32
FUTBOL
"Mançester Siti"nin yarımmüdafiəçisi Ceyms Makati karyerasını "Nottingem Forest"də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "meşəçilər"in mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Mançester klubu futbolçusuna görə 25 milyon avro və əlavə bonuslar alacaq.
Qeyd edək ki, Makati "Mançester Siti"nin yetirməsidir. O, bütün peşəkar karyerasını bu klubda keçirib. Futbolçu 2022/23 və 2023/24 mövsümlərində "Şeffild Yunayted"də icarə əsasında çıxış edib.
Ötən mövsüm 22 yaşlı yarımmüdafiəçi "Mançester Siti"nin heyətində 27 oyun keçirib və 7 qol vurub. O, həm də İngiltərə gənclər komandasının oyunçusu və kapitanıdır.