17 Avqust 2025, 09:32
FUTBOL
Türkiyə Superliqasında II turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə üç qarşılaşma baş tutub.
"Fənərbaxça" "Göztəpə" səfərində xal itirib – 0:0. "Alanyaspor" – "Rizəspor" qarşılaşmasında da hesab açılmayıb. "Kocaelispor" isə evdə "Samsunspor"a minimal hesabla uduzub.
Qeyd edək ki, tura avqustun 18-də yekun vurulacaq.
Türkiyə Superliqası
II tur
16 avqust
"Kocaelispor" – "Samsunspor" - 0:1
Qol: Yovanoviç, 82 (aq)
"Alanyaspor" – "Rizəspor" - 0:0
"Göztəpə" – "Fənərbaxça" - 0:0