17 Avqust 2025, 13:24
FUTBOL
"Beşiktaş" "Şalke"dən Taylan Bulutu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul klubu 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
Cinah müdafiəçisi 4 il "Şalke"də çıxış edib. O, Almaniyanın aşağı yaş qrup yığmalarının formasını geyinib.
Qeyd edək ki, Bulut son mövsümdə 29 oyunda 2 qol vurub və 1 qol ötürməsi edib.