17 Avqust 2025, 19:50
FUTBOL
O, "Ayntraxt 1949"a qarşı oyunda 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayıb.
Matc.az xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağı olub.
Oyun "Kayzerslautern"in 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir start heyətdə yer alıb və görüşün sonuna qədər meydanda olub. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.
Qeyd edək ki, "Kayzerslautern" 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.