"Mançester Yunayted" bu yay "Brayton"un dayaq yarımmüdafiəçisi Karlos Balebanı ala bilməyəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat paylaşıb.

Bildirilir ki, "Brayton" Mançester klubunun daha əvvəl təklif etdiyi 130 milyon avrodan imtina edərək, onlara məsələnin məbləğlə bağlı olmadığını, sadəcə olaraq futbolçunun satılmadığını bildirib.

Həmçinin qeyd edilir ki, "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Balebanı və onun oyun tərzini çox bəyənir və buna görə də növbəti "transfer pəncərəsi"ndə də futbolçunun keçidi gündəmlərində olacaq.

Qeyd edək ki, Karlos Baleba "Brayton"a 2023-cü ilin yayında "Lill"dən 27 milyon avroya keçib. Ötən mövsüm Baleba bütün turnirlərdə 40 matçda iştirak edib, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest