17 Avqust 2025, 17:54
FUTBOL
"Bornmut"un vingeri Danqo Ouattara "Brentford"un futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə futbolçunun yeni klubu məlumat paylaşıb.
Bildirilir ki, müqavilə 5 il - 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə klubun avtomatik olaraq daha bir il uzadılması variantı nəzərdə tutulub.
Transfer məbləği açıqlanmır, lakin "Brentford" Ouattaranın klub tarixində rekord transfer olduğu bildirib. Mətbuatın yazdığına görə, söhbət 42,8 milyon avrodan gedir.
Qeyd edək ki, Ouattara 2023-cü ilin yayından "Bornmut"da çıxış edir. Ötən mövsüm Burkina-Faso millisinin 23 yaşlı futbolçusu "Bornmut"un heyətində bütün yarışlarda 37 matçda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.