17 Avqust 2025, 12:28
FUTBOL
“Yenidən kapitan seçildiyim üçün çox qürurluyam. Bu qərar baş məşqçimiz Samir Abasovun seçimidir. Mən də əlimdən gələni edirəm ki, kluba maksimum fayda verim. Komanda yoldaşlarımla münasibətlərim çox yaxşıdır və onlara adaptasiya prosesinin daha sürətli keçməsində yardımçı olmağa çalışıram”. Matc.az xəbər verir ki, bu sözləri “Neftçinin yarımmüdafiəçisi Emin Mahmudov deyib.
O, evdə “Şamaxı” ilə 1:1 hesabı ilə başa çatan oyunu da şərh edib: “İlk hissəyə çox da yaxşı başlamamışdıq, amma ikinci yarıda hər şeyi dəyişdik. Çoxlu qol imkanları yaratdıq. “Şamaxı” imi rəqibə qarşı belə şanslar yaratmaq çox çətin idi. Qələbə qazanmaq istəsək də, təəssüf ki, alınmadı”.
Mahmudov yeni transferlər barədə də danışıb: “Yeni gələn futbolçularla hələ tam uyğunlaşmamışıq, çünki bəziləri komandaya gec qoşulub. Bu oyunda da bunu hiss etdik. Amma bu, bəhanə deyil. Hər şeyə rəğmən, qələbə qazanmalı idik. Sadə səhvlərə yol verirdik, amma çalışacağıq ki, bunları aradan qaldıraq. İnşallah gələcəkdə daha güclü “Neftçi” görəcəyik. Bizə vaxt lazım deyil, artıq növbəti oyundan qələbə ilə ayrılmalıyıq”.
Təcrübəli yarımmüdafiəçi bu mövsüm komandaya qoşulmuş kreativ futbolçulara da toxunub: “Onların kluba böyük fayda verəcəyinə inanıram. Meydanda bu kreativliyi göstərəcəklərinə əminəm. Bu heyətlə minimum ilk üçlükdə yer alacağımızı düşünürəm, amma əsas hədəfimiz çempionluqdur. “Neftçi” üçün hətta ən çətin mövsümlərdə belə bu hədəf dəyişməyib”.
Mahmudov “İmişli” ilə növbəti tyrda baş tutacaq oyuna da toxunub: “İstəməzdim ki, çempionatımızda suni ot örtüklü stadionlar olsun. Hətta Şamaxıdakı stadionun işığı belə yoxdur, buna görə günün altında oynayacağıq. Ümid edirəm ki, oyunu qələbə ilə başa vuracağıq”. futbolinfo.az