17 Avqust 2025, 16:18
FUTBOL
"Roma"nın müdafiəçisi Maraş Kumbula karyerasını "Malyorka"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat paylaşıb.
Futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək. "Malyorka" 6 milyon avro ödəyəcək və 2 milyon da bonus ola bilər. İspaniya klubu futbolçunu almaq hüququna sahib olacaq.
Qeyd edək ki, Kumbula ötən mövsümü "Espanyol"da keçirib, 36 oyuna çıxıb və 3 qol vurub.