"Kəpəz" qarşılıqlı razılıq əsasında Şervoni Mabatşoev ilə müqaviləyə xitam verib.

Matc.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tacikistanlı futbolçu ötən mövsümün qış fasiləsində "Kəpəz"ə cəlb olunub. Yarımmüdafiəçi 15 çempionat oyununda 2 qol vurub.

Klub xidmətlərinə görə Mabatşoevə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest