23 Avqust 2025, 01:25
FUTBOL
"Kocaelispor" Ukrayna "Dinamo"sunun müdafiəçisi Oleksandr Sirotanı icarəyə götürüb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı ukraynalı ilə icarə müqaviləsi 2025/26 mövsümünün sonuna kimi qüvvədə olacaq. Müqavilədə futbolçunu almaq imkanı da var.
"Kocaelispor" Türkiyə çempionatının elit divizionunu təmsil edir. İki turdan sonra komanda sıfır xalla turnir cədvəlində 15-ci yeri tutur.
Qeyd edək ki, Sirota 2024/25 mövsümünü "Makkabi"nin (Hayfa) heyətində keçirib və 26 oyunda iki qol vurub. "Transfermarkt" futbolçunun dəyərini 1,3 milyon avro qiymətləndirir.