23 Avqust 2025, 00:46
FUTBOL
"Udineze"nin yarımmüdafiəçisi Martin Payero "Kremoneze"yə keçib.
Matc.az xəbər verir ki, 26 yaşlı argentinalı 30 iyun 2026-cı ilə qədər 1 milyon avroya icarəyə götürülüb.
Payero Argentinanın "Banfield" klubunun yetirməsidir. O, "Talleres", "Midlsbro" və "Boka Xuniors"da da oynayıb.
Payero 2023-cü ilin sentyabrında 3 milyon avroya "Udineze"yə keçib. O vaxtdan bəri argentinalı futbolçu 56 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.