"Zirə"nin futbolçusu Salifu Suma karyerasını İsveçdə davam etdirəcək.

Matc.az xəbər verir ki, "Malmö" qvineyalı vingeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı oyunçu ilə 4,5 illik müqavilə  imzalanıb. Gənc futbolçu yeni komandasında 15 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Salifu Suma 2023-cü ilin yayından "Zirə"də çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest