23 İyul 2025, 19:25
MPL
"Kimyaçılar" Rayan Senhadjini rənglərinə bağlayıb
"Sumqayıt" heyətinə yeni oyunçu cəlb edib.
Matc.az xəbər verir ki, "kimyaçılar" Rayan Senhadjini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı fransalı müdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Rayan Senhadjinin son klubu Rusiyada "Fakel" olub.