“Neftçi”də əvəzolunmaz hücumçu olmaq istəyirəm”
Qarşılaşmada dubla imza atan 25 yaşlı hücumçu vurduğu qollara görə sevindiyini bildirib: "Uzun müddətdir ki, fərqlənə bilmirdim. Ötən tur "Sabah"ı 2:0 hesabı ilə məğlub etdiyimiz görüşdə qol epizodlarım olmuşdu, amma vura bilməmişdim. Bu oyunda isə tilsimi qırdım".