"Sabah"ın futbolçusu İqor Noqeyra ölkəsinin mətbuatına açıqlama verib.

Matc.az xəbər verir ki, "Globo" nəşrinə danışan braziliyalı mərkəz müdafiəçisi ölkə kubokunun qalibi olmaları ilə bağlı təəssüratlarını bölüşüb. 30 yaşlı futbolçu titulu qazanmaq üçün çox çalışdıqlarını deyib:

"Bu nailiyyətlə bağlı hisslərimi təsvir etməyə sözüm yoxdur. “Sabah”dan dəvət alanda klubun ambisiyaları, təşkilatçılığı və orada çalışan insanların hədəflədikləri hər şey haqqında bilirdim və bu titul bütün bunların kulminasiya nöqtəsidir. Biz bu məqama çatmaq üçün böyük inamla çox çalışdıq. Ölkədə dəfələrlə çempion olan “Qarabağ”a qarşı çətin oyun olacağını bilirdik. Amma eyni zamanda məqsədimizə çatacağımıza da əmin idik. Biz üstünlüyü ələ keçirdik, daha sonra hesabda geri düşdük. Amma diqqətimizi cəmlədik və nəticə əldə edənə qədər oyunu necə oynayacağımızı bilirdik. “Sabah” yeni klubdur, 8 yaşındadır və. Bu tarixi anın bir parçası ola bilmək möhtəşəmdir. Biz artıq klubun tarixində öz izimizi qoymuşuq. İndi ilk dəfə Avropa Liqasında oynayacağıq və hər şeydən həzz alacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest