"Milan"ın hücumçusu Françesko Kamarda "Leççe"nin futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Kmardanın yeni klubunun mətbuat xidməti məlumat yayıb.

Söhbət bir illik icardən gedir. "Leççe" 17 yaşlı istedadlı futbolçunu 3 milyon avroya almaq opsiyasına malik olacaq, "Milan" isə 4 milyona geri almaq hüququnu özündə saxlayacaq.

Qeyd edək ki, Kamarda "Milan" akademiyasının yetirməsidir. Ötən mövsüm o, "Milan"ın əsas heyətində bütün turnirlərdə 14 matçda iştirak edib, ümumilikdə 234 dəqiqə meydanda olub. Kamarda İtaliyanın U-19 gənclər yığmasında 10 oyunda 6 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest