05 İyul 2025, 12:36
FUTBOL
"Qalatasaray" müdafiəçisi Matias Rossla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, 24 yaşlı danimarkalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Matias Ross futbolçu 2022-ci ilin yayında "Olborq"dan "Qalatasaray"a keçmişdi. O, ötən mövsümü icarə əsasında Çexiyanın "Sparta" klubunda keçirib.