05 İyul 2025, 09:55
FUTBOL
"Real" braziliyalı vinger Rodriqonu satmağa hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "Athletic" məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı futbolçu son vaxtlar start heyətində yerini itirib. Xabi Alonso baş məşqçi postuna gələndən bəri Rodriqo üç matçda cəmi 23 dəqiqə meydanda olub.
Madrid klubu yaxşı təklif alacağı təqdirdə bu transferə qarşı çıxmayacaq. İddiaçılardan biri də futbolçunun agentləri ilə ilkin danışıqlar aparan Londonun "Arsenal"ıdır. Klub braziliyalı vingerin çox yönlülüyünü yüksək qiymətləndirir və onun hücumun hər iki cinahını gücləndirə biləcəyinə inanır.
Qeyd edək ki, ötən mövsüm Rodriqo bütün yarışlarda 51 matçda iştirak edib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.