Uels millisinin sabiq futbolçusu Qaret Beyl doğma klubu "Kardiff"i almaq üçün ikinci təklifini edib.

Matc.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Bildirilir ki, 35 yaşlı sabiq futbolçu Uels komandasını almaq üçün 40 milyon funt-sterlinq ayırmağa hazırdır.

Klubun hazırkı sahibi Vinsent Tan, komanda Çempionşipdən aşağı diviziona düşməsindən sonra "Kardiff"i satmaq istəyir.

Tanın uelsli keçmiş futbolçunun ilk təklifini rədd etməsinə baxmayaraq, Beyl doğma komandası ilə müqavilə bağlamağa və onu Premyer Liqaya qaytarmağa çalışır.

Xatırladaq ki, "Kardiff" 2018/2019 mövsümündə İngiltərə futbolunun elitasını tərk edib, bundan sonra komanda Premyer Liqaya yüksələ bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest