06 İyul 2025, 01:09
FUTBOL
"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala ciddi zədə alıb.
Matc.az xəbər verir ki, futbolçu ayağnda sınıq şübhəsi ilə xəstəxanaya aparılıb.
Xatırladaq ki, Musiala klublararası dünya çempionatı-2025-in 1/4 final mərhələsinin PSJ – "Bavariya" matçında (2:0) qapıçı Canluici Donnarumma ilə toqquşduqdan sonra meydanı xərəkdə tərk edib.
Hadisə ilk hissənin sonlarında baş verib. Yayım zamanı futbolçunun ayağının qeyri-təbii şəkildə əyilməsi görünüb. Baş hakim Entoni Teylor həkimləri Musialanın yanında qoyub və oyuna fasilə verib. Fasilədə yarımmüdafiəçini alman cinah oyunçusu Serj Qnabri əvəzləyib.