05 İyul 2025, 21:55
FUTBOL
"Neftçi" fransalı vinger İmad Farajı heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
"Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu "AEK Larnaka" ilə Kipr kubokunun qalibi olub. Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, İmad Faraj ötən mövsüm Kipr təmsilçisinin heyətində 40 rəsmi oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə edib.