"Barselona"nın idman direktoru Deko və baş məşqçi Hans-Diter Flik "Atletik"in cinah oyunçusu Niko Uilyamsı transfer edə bilmədiyi üçün "Mançester Yunayted"in futbolçusu Markus Raşfordu deyil, "Liverpul"un hücumçusu Luis Diası əsas transfer hədəfi kimi müəyyənləşdiriblər.
Matc.az xəbər verr ki, bu barədə AS məlumat yayıb.
Bildirilir ki, Mançester təmsilçinisin Reşfordun transferində güzəştə getməyə hazır olmasına baxmayaraq, kataloniyalılar onunla maraqlanmır. "Barselona" Diası komandada işləməyi bacaran və liderlik keyfiyyətlərinə malik olan, daha çox yönlü oyunçu hesab etdiyi üçün onu transfer etmək istəyirlər.
Qeyd edək ki, Reşfordun agenti vasitəsilə Kataloniya klubunun bir hissəsi olmaq istəyi barədə məlumat verdiyi vurğulanır.