05 İyul 2025, 01:34
FUTBOL
"Yuventus" kanadalı hücumçu Conatan Davidi transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı forvard Fransa "Lill"i ilə müqaviləsini başa vurduqdan sonra azad agent kimi "qoca sinyora"ya keçib.
David İtaliya klubu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2024/25 mövsümündə Conatan 49 matçda 25 qol vurub və 12 məhsuldar ötürmə edib.