Gəncə klubu müdafiəçi Şakir Seyidovu ilə 2 illik müqavilə imzalayıb.

"Kəpəz" müdafiəçi Şakir Seyidovu heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Müdafiəçi mövqeyində oynayan Seyidov 2023/2024-cü illər mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş oyunçu Gəncə klubunda 28 oyun kecirib və 1 qol vurub.

Qeyd edək ki, Şakir Seyidovun son klubu "Sabah" olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest