Almaniya Bundesliqasının XI turunda “Hamburq” doğma meydanda “Bavariya” ilə qarşılaşıb.

Matc.az xəbər verir ki, “Volksparkstadion”da keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
 
Matçın 44-cü dəqiqəsində “Bavariya”nın kapitanı Coşua Kimmix rəqib futbolçunun saçını dartdığı üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, Münhen təmsilçisi oyunun böyük hissəsini azlıqda keçirməsinə baxmayaraq, qapısını toxunulmaz saxlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest