27 Noyabr 2026, 14:58
DİGƏR
MotoGP üzrə səkkizqat dünya çempionu Mark Markes karyerasını bitirdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, 33 yaşlı ispaniyalı bunu qeyri-adi üsulla elan edib. O, 2026-cı il mövsümünün sonuncu mərhələsi olan Valensiya Qran-prisinin ilk sərbəst yürüşünün yayımı zamanı kameraya üzərində “Bu, MotoGP-də sonuncu yarışım olacaq” yazılmış lövhə göstərib.
Qeyd edək ki, Mark Markesin “Dukati” ilə müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir. İspaniyalı pilot 2024-cü ildə İtaliya komandasına qoşulub.

_1693395834.png)











