Hər iki futbolçu görüşə start heyətində başlayıb. Toral Bayramov matçın sonuna qədər meydanda qalıb, Ozan Can Kökçü isə 85-ci dəqiqədə əvəzlənib.
Türkiyə I Liqasının 16-cı turunda Azərbaycan millisinin iki futbolçusunun çıxış etdiyi komandalar arasında keçirilən görüş heç-heçə ilə yekunlaşıb.
Matc.az xəbər verir ki, Ozan Can Kökçünün formasını geyindiyi “Vanspor” Toral Bayramovun komandası “Bursaspor”u qəbul edib. “Spor Toto Akhisar” stadionunda baş tutan matç 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmada hesab 27-ci dəqiqədə açılıb. “Bursaspor”un müdafiəçisi Emirhan Başyiğit topu öz qapısına göndərərək meydan sahiblərini önə keçirib. 38-ci dəqiqədə Keleçi İheanaço fərqlənərək hesabı bərabərləşdirib. İkinci hissədə tərəflər qapılara yol tapa bilməyiblər.
Hər iki futbolçu görüşə start heyətində başlayıb. Toral Bayramov matçın sonuna qədər meydanda qalıb, Ozan Can Kökçü isə 85-ci dəqiqədə əvəzlənib.
“Bursaspor” 36 xalla turnir cədvəlinin lideridir. “Vanspor” isə 17 xalla 16-cı pillədə qərarlaşıb.

_1695831842.jpg)





_1693395834.png)





