28 Noyabr 2026, 13:05
FUTBOL
Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS Kubokunun pley-off mərhələsində mübarizəni dayandırıb. Matc.az xəbər verir ki, Florida klubu səfərdə “Kolambus Kryu”ya 0:1 hesabı ilə uduzub.
Qarşılaşmanın taleyini 90+2-ci dəqiqədə Santyaqo Rodrigesin vurduğu qol həll edib.
“Kolambus Kryu” iki oyunun nəticəsinə əsasən rəqibini 2:0 hesabı ilə üstələyib. Messi və komanda yoldaşları titulun müdafiəsini ilk mərhələdə başa vurmalı olublar.
Argentinalı ulduz müntəzəm mövsümdə 26 qol və 17 məhsuldar ötürmə ilə yadda qalmışdı. O, ardıcıl ikinci dəfə MLS-in bombardiri adına layiq görülmüşdü.
Messinin “İnter Mayami” ilə müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir.








_1694704723.png)




