“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Deyk karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, jurnalist və insayder Ekrem Konurun “X” sosial şəbəkəsindəki məlumatına görə, 35 yaşlı futbolçu 2027-ci ilin yayında azad agent olacağı təqdirdə İtaliyaya köçmək variantını nəzərdən keçirir. Niderlandlı müdafiəçi gələcəyi ilə bağlı qərarını mart və ya aprel aylarında verməyi planlaşdırır.

A Seriyasının iki nəhəng klubu – “Milan” və “Yuventus” futbolçunun vəziyyətini yaxından izləyir. Hər iki komanda van Deyki azad agent kimi transfer etmək imkanlarını araşdırır və ona 2 illik müqavilə təklif etməyə hazırdır. Klublar niderlandlı futbolçunu müdafiə xəttini gücləndirə biləcək lider kimi dəyərləndirirlər.

Van Deyk bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib və məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun “Liverpul”la müqaviləsi yayadək qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest