Münhen klubunun tibbi heyəti yarımmüdafiəçinin sağ ayağının arxa bud əzələsindən zədə aldığını təsdiqləyib

“Bavariya”nın futbolçusu Camal Musiala zədələnib.

Matc.az xəbər verir ki, Münhen klubunun tibbi heyəti yarımmüdafiəçinin sağ ayağının arxa bud əzələsindən zədə aldığını təsdiqləyib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, Musialanın səhhəti ilə bağlı problemlər də diqqət mərkəzindədir. 2026-cı ilin avqustunda “Bavariya”nın yoxlama oyunlarında iki dəfə huşunu itirməsi futbolçu ilə bağlı narahatlığı artırıb. O, əvvəlcə “Leypsiq”, dörd gün sonra isə “Haydenhaym”la qarşılaşmada meydanda huşunu itirərək tibbi yardıma ehtiyac duyub.

Daha sonra almaniyalı futbolçu nevroloji pozuntu səbəbindən qısamüddətli huş itkisi epizodları yaşadığını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest