28 Noyabr 2026, 18:15
FUTBOL
“Əl-Nəsr” futbol tarixində çempionat oyunlarında ardıcıl 100 matçda qol vuran ilk komanda olub.
Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 13-cü turunda “Əl-Hazm”la görüşdə Samu Koşta fərqlənərək Riyad təmsilçisinin rekordunu rəsmiləşdirib.
Klubun sosial şəbəkə hesabında paylaşımında 100 matç, 100 dəfə tabloya yazılan qol və bir dünya rekordunun olduğu vurğulanıb.
“Əl-Nəsr” 2026-cı ilin sentyabrında ardıcıl 94 qələbə ilə dünya rekorduna imza atmışdı. Riyad təmsilçisi 1936-1939-cu illərdə 93 matçlıq qələbə seriyası ilə rekord müəyyənləşdirən Argentina “River Pleyt”ini geridə qoymuşdu.




_1693395834.png)








