“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının XIII turunda “İmişli” üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib.

Matc.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.

O, qələbəyə ehtiyac duyduqlarını və futbolçuların meydanda xarakter nümayiş etdirdiklərini bildirib:

“Qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar bacardıqlarından daha artığını etdilər. Şükürlər olsun ki, 3 xal qazana bildik. Oyun gərgin alındı. Birinci hissədə müəyyən üstünlüyümüz var idi. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə daha yaxşı oynadıq və əks-hücumların birində üçüncü qolu vuraraq qələbə qazandıq”.

Həşimov qələbənin əsas səbəblərindən birinin müdafiədə az səhvə yol vermələri olduğunu vurğulayıb. O, Musa Quelinin komandanın liderlərindən biri olduğunu da qeyd edib.

Baş məşqçi qarşıdakı “Neftçi”, “Sabah” və “Qarabağ”la oyunlar barədə isə bunları deyib:

“Xarakter vacib rol oynayır. Bu üç oyunda xal qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest