UEFA gələn yay Albaniya və Serbiyada keçiriləcək 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatmasının nəticələrini açıqlayıb.

Matc.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, A qrupunda turnirin ev sahibi Serbiya, son Avropa çempionu İngiltərə, Fransa və Polşa yığmaları yer alıblar.

B qrupunda Albaniya, İspaniya, İtaliya və Finlandiya, C qrupunda Çexiya, Portuqaliya, Yunanıstan və Xorvatiya, D qrupunda isə Norveç, Belçika, Almaniya və Niderland milliləri mübarizə aparacaqlar.

Qrup mərhələsinin yekunlarına əsasən, dörddəbir final mərhələsinin cütləri müəyyənləşəcək. A qrupunun qalibi C qrupunun ikinci komandası, C qrupunun lideri isə A qrupunun ikincisi ilə qarşılaşacaq. Digər cütlərdə B qrupunun qalibi D qrupunun ikinci komandası, D qrupunun lideri isə B qrupunun ikincisi ilə üz-üzə gələcək.

Yarımfinalda ilk iki dörddəbir finalın qalibləri, eləcə də digər iki cütün qalibləri qarşılaşacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest