“Rəqibimiz “Barselona”dır və hər kəs bu komandanı tanıyır. Hansı cəhətdən zəif olduğunu demək çətindi”. Matc.az xəbər verir ki, bunu “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas deyib.
O, sabah Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Barselona” ilə keçirəcəkləri oyun barədə fikirlərini açıqlayıb. Mütəxəssisin sözlərinə görə, Kataloniya təmsilçisi ilə görüşdən həzz almaq istəyirlər: “Lamin Yamalın gəlməməsi yerli azarkeşlərimiz üçün pis xəbər oldu. O, dünya futbolundan sayılıb-seçilən şəxsdir. Düşünürəm ki, onun olmaması “Barselona” üçün nəsə dəyişməz. Orada olan oyunçular ayrı-ayrılıqda ulduz futbolçulardır”.
Dambrauskas bildirib ki, əksər futbolçular uşaq yaşlarında “Real Madrid” və “Barselona”ya qarşı oynamağı xəyal ediblər.
“Bu görüş mənim karyeramın ən önəmli oyunları sırasındadır. Amma ən birinci deyil. Çünki indiyədək yaxşı oyunlarımız olub. Mümkün qədər ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Elə komanda yoxdur ki, qol buraxmasın. “Borussiya”ya qol vurmuşduq. “Barselona” ilə qarşılaşmada da fərqlənmək bizim üçün xüsusi olar".



_1694603125.png)




_1695469752.jpg)
_1795532362.jpg)



