19 Noyabr 2026, 09:16
FUTBOL
Kişi voleybolçulardan ibarət “Ordu” komandası bu gün CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununa çıxacaq. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Norveçin “Forde VBK” komandası ilə qarşılaşacaq.
Görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında Norveçdə keçirilən ilk oyunda “Ordu” rəqibini 3:0 hesabı ilə (25:11, 25:17, 25:19) məğlub edib. Beləliklə, təmsilçimiz növbəti mərhələyə yüksəlmək üçün əlverişli üstünlüyə malikdir.













