Vitor Matos "Strasburq"un baş məşqçisi olmağa yaxındır. Matc.az xəbər verir ki, Fransa klubu "Suonsi"nin portuqaliyalı çalışdırıcısı ilə anlaşmaq üzrədir.

Məlumata görə, Matos artıq Uels təmsilçisinin futbolçuları və əməkdaşları ilə vidalaşıb. "Strasburq"un onun keçidi üçün təxminən 5 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilir.

Baş məşqçinin müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Onun məşqçilər korpusundan dörd nəfərin də Fransaya gedəcəyi gözlənilir.

Hələlik klublar arasında keçidin rəsmiləşdirilməsi barədə açıqlama verilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest