18 Noyabr 2026, 15:48
FUTBOL
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı qapıçılarının yeni reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya əsasən, “Barselona”nın qapıçısı Xuan Qarsiya 80,6 milyon avroluq transfer dəyəri ilə ilk pillədə qərarlaşıb.
Reytinqdə ikinci yeri “Mançester Siti”nin qapıçısı Canluici Donnarumma 79,9 milyon avro ilə tutub. “Mançester Yunayted”in qapıçısı Senne Lammens isə 64,2 milyon avroluq dəyərlə ilk üçlüyü tamamlayıb.
PSJ-nin qapıçısı Matvey Safonov da dünyanın ən bahalı 10 qapıçısı sırasına düşüb. 50,8 milyon avro dəyərləndirilən rusiyalı qolkiper doqquzuncu yerdə qərarlaşıb. O, İngiltərə Premyer Liqasında çıxış etməyən qapıçılar arasında ən yüksək göstəriciyə malik ikinci futbolçudur.
CIES-in reytinqinə əsasən, dünyanın ən bahalı 10 qapıçısı:
Xuan Qarsiya (“Barselona”) – 80,6 milyon avro
Canluici Donnarumma (“Mançester Siti”) – 79,9 milyon avro
Senne Lammens (“Mançester Yunayted”) – 64,2 milyon avro
Zion Suzuki (“Aston Villa”) – 59,5 milyon avro
Bart Verbruggen (“Brayton”) – 57,9 milyon avro
Mayk Penders (“Çelsi”) – 57,1 milyon avro
Lukaş Horniçek (“Nyukasl”) – 55,9 milyon avro
Robin Ruf (“Sanderlend”) – 52,3 milyon avro
Matvey Safonov (PSJ) – 50,8 milyon avro
Yonas Urbiq (“Bayern Münhen”) – 50 milyon avro












_1694188301.png)
