Reytinqin ilk pilləsində İspaniya qərarlaşıb. Dünya çempionları 2004,48 xalla liderliyini qoruyub. Argentina 1966,13 xalla ikinci, Fransa 1950,82 xalla üçüncü, İngiltərə isə 1938,90 xalla dördüncü yerdədir.

FIFA milli komandaların yeni dünya reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, noyabr yenilənməsinə əsasən, Azərbaycan 124-cü pillədə qərarlaşıb.

Yığmamız əvvəlki göstərici ilə müqayisədə 3 pillə irəliləyib və aktivində 1145,18 xal var.

Reytinqin ilk pilləsində İspaniya qərarlaşıb. Dünya çempionları 2004,48 xalla liderliyini qoruyub. Argentina 1966,13 xalla ikinci, Fransa 1950,82 xalla üçüncü, İngiltərə isə 1938,90 xalla dördüncü yerdədir.

İlk “beşliy”i 1809,37 xalla Mərakeş tamamlayır. Braziliya 6-cı, Portuqaliya 7-ci, Belçika 8-ci, Niderland 9-cu, Meksika isə 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Avropa komandaları arasında 54 yığma içərisində 45-ci yerdədir. Millimizin ən yaxşı göstəricisi 2014-cü ilin iyulunda əldə etdiyi 73-cü pillədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest