18 Noyabr 2026, 11:22
FUTBOL
Pyer Hinkapi "Arsenal"la müqaviləsini 2032-ci ilə qədər uzadıb. Matc.az xəbər verir ki, London klubu ekvadorlu müdafiəçi ilə uzunmüddətli razılaşma əldə edib.
Bundan başqa, "Arsenal" Rikardo Kalafyori ilə də yeni müqavilə məsələsini müzakirə edir.
Qeyd edək ki, Hinkapi müdafiənin mərkəzində və sol cinahında oynamaq imkanına malikdir.
Mahir AXUND













