18 Noyabr 2026, 12:57
FUTBOL
"Məhz buna görə də hazırda bu qədər yaxşı çıxış edirik. Messinin də bunu anlaması dediklərimə ən yaxşı nümunədir"
“Bir futbolçu bütün komandanı çiynində daşıya bilməz. Messinin bunu anlaması buna ən yaxşı nümunədir”. Matc.az xəbər verir ki, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni deyib.
Komanda oyununun vacibliyindən danışan təcrübəli mütəxəssis gənc futbolçuların istedadlı olduğunu, lakin uğurun fərdi performansdan deyil, kollektiv oyundan asılı olduğunu bildirib.
“Gənc oyunçularımız çox istedadlıdırlar, lakin hər şey komandadan asılıdır. Bir futbolçu bütün komandanı öz çiyinlərində daşıya bilməz. Məhz buna görə də hazırda bu qədər yaxşı çıxış edirik. Messinin də bunu anlaması dediklərimə ən yaxşı nümunədir” – deyə, Skaloni vurğulayıb.
Argentina millisinin çalışdırıcısı Kordobada Kosta Rika ilə keçirilən yoldaşlıq görüşündə azarkeşlərin göstərdiyi dəstəyə görə də təşəkkür edib.
O, milli komandaya olan sevginin qorunması üçün yaxşı nəticələrin davamlı olmasının vacibliyini qeyd edib: “Azarkeşlərin bizi qarşılaması möhtəşəm idi. Kordobada olmaqdan çox məmnun qaldım. İnsanlar milli komandaya dəstək verməyə gəlirlər və ona olan sevgilərini itirməyiblər. Bu etimadı qorumaq üçün yaxşı nəticələr göstərməyə davam etməliyik. Azarkeşlərin sevgisini saxlamağın yeganə yolu budur”.













