18 Noyabr 2026, 17:14
FUTBOL
Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo FİFA rəhbərliyi uğrunda mübarizəyə qoşulub. Matc.az xəbər verir ki, o, qarşıdakı prezident seçkilərində Canni İnfatinonun əsas rəqiblərindən biri olmaq niyyətindədir.
Diallo FİFA-nın hazırkı idarəçiliyini sərt tənqid edərək quruma olan etimadın sarsıldığını bildirib. Onun narazılığına səbəb İnfatinonun ABŞ prezidenti Donald Trampla münasibətləri, FİFA-nın mübahisəli qərarları və dünya çempionatının kommersiya hüquqları ilə bağlı planlarıdır.
Fransalı funksioner futbol idarəçiliyində şəffaflığın və etimadın bərpasını əsas hədəflərindən biri kimi göstərib. Beləliklə, İnfatinonun yenidən prezident seçilməklə bağlı planları gözlənilməz rəqabətlə üzləşə bilər.












_1694188301.png)
