18 Noyabr 2026, 23:19
FUTBOL
Azərbaycanın “Neftçi” və “LANDAU Lions” basketbol komandaları FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyunlarını keçiriblər. Matc.az xəbər verir ki, H qrupunun VII turunda Latviyada yerli “Riqa” komandasının qonağı olan “Neftçi” 55:96 hesabı ilə məğlub olub.
G qrupunda mübarizə aparan “LANDAU Lions” isə Bakıda Slovakiya təmsilçisi “Prievidza” ilə qarşılaşıb. Görüş Bakı İdman Sarayında baş tutan oyunda komandamız rəqibinə 93:97 hesabı ilə uduzub.
Qeyd edək ki, hər iki Azərbaycan klubu qrup mərhələsində keçirdiyi yeddi oyunun yalnız birində qələbə qazanıb. “Neftçi” H qrupunda 8 xalla sonuncu pillədə qərarlaşıb. Eyni xala malik “LANDAU Lions” isə G qrupunda altıncı, sonuncu yerdədir.













