18 Noyabr 2026, 23:15
TOP OYUNLARI
"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, təmsilçimiz Yunanıstanda yerli "Kolossos"la qarşılaşıb.
C qrupunun VII turu çərçivəsində baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Belə ki, Falirakidəki "Kalliteya" zalında keçirilən oyunda Gəncə komandası 78:79 hesabı ilə uduzub.
Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 matçın birində qələbə qazanan Azərbaycan təmsilçisi 8 xalla sonuncu - altıncı yerdədi.
Komanda həmçinin FIBA Avropa Kubokunda səfərdə Bolqarıstanın "Rilski Sportist" klubu ilə keçirilməli olan oyuna getmədiyi üçün texniki məğlubiyyətlə (0:20) cəzalandırılıb.













