Avropa futbolunda klubların idarəçilik hüquqları uğrunda mübarizə yeni mərhələyə qədəm qoyub. Matc.az xəbər verir ki, 25 ölkədən 138 klubun təmsil olunduğu Avropa Klubları İttifaqı (UEC) UEFA və Avropa Futbol Klubları (EFC) təşkilatına qarşı Avropa Komissiyasına rəsmi şikayət təqdim edib.

Şikayətin əsas səbəbi UEFA ilə EFC arasında imzalanmış və EFC-yə Avropa klublarının əsas təmsilçisi statusu verən razılaşmadır. UEC hesab edir ki, bu sistem kiçik və orta klubların qərarvermə prosesində iştirak imkanlarını məhdudlaşdırır.

Təşkilat Avropa futbolunda səlahiyyətlərin daha ədalətli bölüşdürülməsini tələb edir. Şikayətə baxılması UEFA ilə klublar arasındakı münasibətlərdə ciddi müzakirələrə səbəb ola bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest