Azərbaycanın “LANDAU Lions” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv VII tur çərçivəsində Slovakiyanın “Prievidza” komandası ilə üz-üzə gələcək.

G qrupunun qarşılaşması Bakı İdman Sarayında keçiriləcək və saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “LANDAU Lions” indiyədək qrup mərhələsində keçirdiyi 6 oyunun yalnız birində qələbə qazanıb. Azərbaycan təmsilçisi 7 xalla qrupun sonuncu – 6-cı pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest