“Mançester Yunayted” heyətini gənc futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İngiltərə klubu “Redinq”dən 16 yaşlı hücumçunu transfer edib.

Gənc futbolçu artıq klubun U-18 komandasına qeydiyyatdan keçirilib. Onun əsas komandaya yüksəlməsi üçün inkişaf proqramına cəlb olunacağı bildirilir.

Məlumata görə, futbolçu hücumun hər üç mövqeyində çıxış edə bilir. “Mançester Yunayted” rəhbərliyi onun fiziki göstəricilərini, sürətini və inkişaf potensialını yüksək qiymətləndirir.

Qeyd edək ki, “Mançester Yunayted” son transfer siyasətində akademiyanın gücləndirilməsinə və perspektivli gənclərin cəlb edilməsinə xüsusi diqqət ayırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest