UEFA FIFA prezidenti Canni İnfantinonun rəhbərliyi ilə bağlı suallara cavab verilməsi üçün quruma noyabrın 2-dək vaxt verib. Matc.az xəbər verir ki, Avropa futbol qurumu dünya çempionatı ilə bağlı ləğv edilmiş investisiya layihəsinə dair sənədlərin açıqlanmasını tələb edir.

UEFA FIFA-ya 42 sual ünvanlayıb. Onların arasında İnfantinonun maliyyə təminatı, qurumun idarəçilik qərarları və ABŞ millisinin futbolçusu Folarin Balogunun cəzası ilə bağlı məsələlər də var.

UEFA tələb olunan məlumatların seçkiqabağı prosesdə şəffaflığın təmin edilməsi üçün vacib olduğunu bildirib. FIFA isə bu tələbləri təzyiq cəhdi kimi qiymətləndirib.

Qeyd edək ki, FIFA prezident seçkisinin 2027-ci il martın 18-də keçirilməsi nəzərdə tutulur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest