01 Noyabr 2026, 15:21
FUTBOL
FIFA prezidenti Canni İnfantinonun gələn il keçiriləcək seçkilərdə rəqiblə üzləşməsi ehtimalı artır. Matc.az xəbər verir ki, UEFA rəhbərliyi 2027-ci il seçkilərində İnfantinoya qarşı namizəd irəli sürmək üçün mümkün variantları nəzərdən keçirir.
“The Guardian”ın məlumatına görə, Avropa futbolunun rəhbər şəxsləri alternativ namizəd məsələsini müzakirə edirlər. İnfantinonun rəhbərliyi isə son dövrlərdə FIFA-nın idarəçiliyi və qərarların qəbulu ilə bağlı tənqidlərə məruz qalıb.
Qeyd edək ki, FIFA prezidentinin növbəti seçkisinin 2027-ci ilin martında keçirilməsi nəzərdə tutulur.







_1793540562.jpg)





