“Barselona” cari La Liqa mövsümündə ilk məğlubiyyəti ilə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi 10-cu turda əzəli rəqibi Madrid “Real”ına 1:2 hesabı ilə uduzub.
 
"Spotify Kamp Nou" stadionunda keçirilən oyunu baş hakim Xuan Martines Munuera idarə edib.
 
Bu qarşılaşmaya qədər daxili çempionatda ardıcıl 9 qələbə qazanan “Barsa” mövsümə mükəmməl start vermişdi. Mövsüm ərzində "Elçe" (5:0), "Atletik" (2:0), "Rayo Valyekano" (5:2), "Valensiya" (5:0), "Levante" (4:2), "Rasinq" (7:2), "Sevilya" (3:1), "Xetafe" (3:0) və "Betis"i (5:2) məğlub edən komanda seriyasını davam etdirə bilməyib.
 
"Barselona" 10 turdan sonra topladığı 27 xalla turnir cədvəlinin liderliyini qoruyub saxlayır. Qələbə sayəsində xallarını 24-ə çatdıran "Real" isə üçüncü pillədə qərarlaşıb.
 
İspaniya La Liqası
10-cu tur
23 oktyabr

Alaves – Malaqa 1:1
 
24 oktyabr
 
Rayo Valyekano – Elçe 0:3
Rasinq – Espanyol 2:1
Valensiya – Vilyarreal 1:2
Atletiko – Deportivo 1:0
 
25 oktyabr
 
Atletik – Xetafe 4:0
Selta – Betis 0:0
Real Sosyedad – Levante 2:1
Barselona – Real 1:2
 
26 oktyabr
 
00:00. Sevilya – Osasuna
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest