Rəqibin gənc ulduzu Lamin Yamal haqqında danışan Mourinyo onu çox ağıllı və təhlükəli futbolçu adlandırıb, lakin Mark Kukurelyanın müdafiədə ona qarşı çox uğurlu oynadığını söyləyib.

İspaniya La Liqasının 10-cu turunda “Barselona” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra Madrid “Real”ının baş məşqçisi Xose Mourinyo mətbuat konfransında qarşılaşmanı dəyərləndirib.

Matc.az xəbər verir ki, Mourinyo oyunu yüksək səviyyəli mübarizə kimi xarakterizə edib. O, komandasının meydandakı təşkilatçılığını, diqqətli oyununu, nümayiş etdirdiyi xarakteri və hücumları cəsarətlə qoşulmasını xüsusi vurğulayıb.

Çempionluq yarışına toxunan Mourinyo komandasının sadəcə “Kamp Nou”da qalib gəlmək üçün deyil, mövsümün sonunda çempion olmaq üçün mübarizə apardığını bəyan edib. Baş məşqçinin fikrincə, növbəti turda “Rasinq"lə səfər oyununda xal itirilsə, bu qələbə bütün dəyərini itirəcək.  

Rəqibin gənc ulduzu Lamin Yamal haqqında danışan Mourinyo onu çox ağıllı və təhlükəli futbolçu adlandırıb, lakin Mark Kukurelyanın müdafiədə ona qarşı çox uğurlu oynadığını söyləyib.

Məşqçi qarşılaşmanın baş hakiminin idarəçiliyini yüksək qiymətləndirsə də, VAR sisteminin işindən narazılığını bildirib. Mourinyo 60-cı dəqiqədə Joao Kanselonun Usman Diomandeyə qarşı kobud müdaxiləsinin VAR tərəfindən incələnməməsini tənqid edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest